"İnstaqram"dan yenilik

"İnstaqram"dan yenilik İnstaqramda yeni funksiya istifadəyə verilib.
Xarici KİV-ə istinadən xəbər veririk ki, şəbəkədə silinən bütün paylaşımları geri qaytarmaq mümkün olacaq. Nəticədə istifadəçilər sildikləri yazıları 30 gün ərzində bərpa edə biləcəklər.

Yeni funksiyanın istifadəyə verilməsinə səbəb haker hücumundan müdafiə olunmaqdır.

Belə ki, böyük hesablar ələ keçirilən zaman paylaşılanlar silinir. Lakin yeni funksiya ilə onların qalmasına 30 gün zəmanət verilir.

“Hekayə” bölümündə silinən paylaşımları isə 24 saat ərzində bərpa etmək mümkün olacaq.
Geri qayıt