“Facebook Messenger Lite” istifadəyə verildi

“Facebook Messenger Lite” istifadəyə verildi “Facebook” sosial şəbəkəsi 150 ölkədə “Messenger”in yüngülləşdirilmiş versiyası - “Lite”ı istifadəyə verib
“Messenger Lite” kiçik həcmli yaddaşa, məhsuldarlığı aşağı olan prosessorlara malik smartfonlar, eləcə də aşağı sürətli internet şəbəkəsinin olduğu yerlər üçün nəzərdə tutulub. “Lite” foto, istinad və stikerlərin göndərilməsini təmin edir. Lakin bir çox meyara görə o, orijinal versiyadan geri qalır.
Artıq 132 ölkədə “Lite” əlçatandır. Yaxın günlərdə bu proqram əlavəsi “Google Play”də digər ölkələr üçün də əlçatan olacaq.
Geri qayıt