"WhatsApp”dan istifadəçiləri sevindirəcək möhtəşəm yenilik

"WhatsApp”dan istifadəçiləri sevindirəcək möhtəşəm yenilik "WhatsApp” messencerində yeni funksiya işə salınacaq...
Bu barədə “WABetaInfo” portalı xəbər yayıb.

Nəşrin məlumatına görə, bu yenilik istifadəçilərə çatlarda tarix üzrə axtarış imkanı verəcək.

Hazırda messencerdə axtarış funksiyası var, ancaq istifadəçilər müəyyən tarixdə aldıqları, yaxud göndərdikləri postu tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə salınandan sonra istifadəçilər lazımi tarixi seçməklə ismarıcı tapa biləcəklər. Bunun üçün onlar çatda axtarış rejimində təqvim işarəsinə vurmalıdır.

Hazırda funksiya alfa-test mərhələsindədir, geniş ictimaiyyətə təqdim olunacağı vaxt açıqlanmayıb.

Yeniliyin həm iOS, həm də Android qurğularında eyni anda işə düşəcəyi ehtimal edilir.
Geri qayıt