"Facebook"a yeni rəqib gəldi

Rəqib sosial şəbəkə "WT: Social" adlandırılıb və şəbəkənin təsisçisi Cimmi Uelsdir.
Həmçinin "Wikipedia"nın da həmtəsisçisi olan C.Uels deyib ki, hazırda "WT: Social"da 50 min istifadəçi var. Adı keçən sosial şəbəkədə istənilən xəbər və məlumatı paylaşmaq mümkündür.