İnstaqramda yenilik olacaq

İnstaqramda yenilik olacaq İnstaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər.

"ICTnews"a istinadən xəbər verir ki, tədqiqatçı Ceyn Mançini Vonqun məlumatına görə, tezliklə İnstaqramın veb-versiyasında şəxsi mesajlara giriş imkanı əlçatan olacaq.

İndi bu imkan hələlik sınaq rejimində işləyir.

Xatırladaq ki, İnstaqramda mesajlaşmağa imkan verən "Direct" funksiyası 2017-ci ildə istifadəyə verilib.
Geri qayıt