Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq

Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq Artıq gələn həftə “WhatsApp”da pulköçürmələri xidməti işə salınacaq.

İKT.lent.az-ın “TechRadar” nəşrinə istinadən məlumatına görə, bununla da messencer iri internet ödəniş sistemləri ilə rəqabətə girəcək.

Hazırda bu xidmət messencerin “Android” versiyasında beta sınaq versiyasında əlçatandır. Ancaq bir neçə həftədən sonra ondan telefonunda “WhatsApp” yüklənmiş hər kəs istifadə edə biləcək.

Hazırda xidmətin tərtibatçılarının iri banklar arasında dörd tərəfdaşı mövcuddur. Bu gün “WhatsApp”ın aktiv istifadəçilərinin sayı 1,3 milyard nəfərdən çoxdur.

Xatırladaq ki, pul köçürmə xidməti “Apple”in "iMessage" məlumat mübadilə xidmətində də reallaşdırılıb. Hələlik bu xidmət məhdud ölkələrdə istifadəyə açıqdır.
Geri qayıt