Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir

Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir “Kasperski Laboratoriyası” “WhatsApp” messencerdən ismarıcları oğurlaya bilən yeni virus aşkarlayıb. “Skygofree” virusu Android proqram təminatı ilə işləyən mobil qurğuları hədəfə alır.

Bu barədə şirkətin apardığı araşdırmada deyilir.

“Skygofree” virusu iri mobil operatorların saxta saytları vasitəsilə yayılır. Belə saytlarda istifadəçilərə yalandan “interneti sürətləndirən” utilitli proqram yükləmək təklif olunur.

“Skygofree” – bizim indiyə kimi bu platforma üçün üzləşdiyimiz ən güclü casus aləti sayılır”, –deyə analitiklər qeyd edir.

Ekspertlərin yazdığına görə, casus-proqram telefon danışıqlarını qeydə ala, SMS-ləri və “WhatsApp” yazışmaları, GPS və şəxsi təqvim tətbiqində məlumatlarını oğurlaya bilir. Bundan başqa, mobil telefon açıq olduqda ətrafda olan səsləri yaza bilir. Virusun vasitəsilə kibercinayətkarlar mobil telefonun qoşulduğu Wi-Fi sisteminə müdaxilə edə bilir.

Araşdırmay görə, “Skygofree” 2015-ci ildən etibarən geniş yayılıb. “Kasperski Laboratoriyası”nın məlumatlarına görə, sonuncu dəfə onun yayılmasına xidmət edən domen ötən ilin oktyabr ayının 31-də qeydə alınıb. Həmin vaxt virusdan başlıca olaraq İtaliyada olan mobil qurğu istifadəçiləri əziyyət çəkib. Ekspertlər virusu hazırlayan virtual-dələduzların məhz İtaliyada olduğuna əmindir.
Geri qayıt