“Facebook”da daha bir yenilik

“Facebook”da daha bir yenilik “Facebook”da şirkət səhifələri iş elanları yerləşdirə biləcəklər.

Hələlik bu funksiya ABŞ və Kanadada istifadəyə verilib.

Funksiya avtomatik olaraq istifadəçilərin profilindəki məlumatları xüsusi formaya əlavə edir və işəgötürən öz rəyi barədə mesencerə yaza bilir. Şirkətlərin işlə bağlı elanları həm də xəbərlər lentində peyda olacaq.

Müşahidəçilərin bildirdiyinə görə, bununla “Facebook” karyera və peşə istiqamətli “Linkedİn” sosial şəbəkəsinə zərbə vurmuş olur. Dünyada ən böyük auditoriyası olan “Facebook” bununla karyera ilə bağlı məsələləri də öz platformasında saxlamaq niyyətindədir.
Geri qayıt