"WhatsApp"da tapa bilməyəcəyiniz "GBWhatsApp" xüsusiyyətləri

"WhatsApp"da tapa bilməyəcəyiniz "GBWhatsApp" xüsusiyyətləri WhatsApp-ın bir çox qeyri-leqal tətbiqetmələri var və onlardan biri daha fərqli və üstün xüsusiyyətlərə sahib GBWhatsApp tətbiqetməsidir.

Xarici mediayaya istinadən xəbər veririk ki, proqramın orijinal versiyası ilə eyni xüsusiyyətlərə sahib GBWhatsApp-ı "Play Store"dan yükləmək mümkün deyil. Tətbiqetmənin orijinal versiyadan fərqlənən üstünlüklərini təqdim edirik:

1. WhatsApp'da bir dəfədə 10 şəkil göndərmək mümkündürsə, GBWhatsApp'da 30 şəkil göndərmək mümkün olur.

2. Bu tətbiqetmə vasitəsilə sizə göndərilən mesajın telefonun ekranına gəldiyini gizlədə bilərsiniz. Bildiyimiz kimi WhatsApp'da internetiniz varsa, mesaj telefonunuzun ekranına gəlir və qarşı tərəfin göndərdiyi mesajın altında 2 ədəd boz rəngli "✓✓" işarəsi görünür. GBWhatsApp ilə bu funksiyanı ləğv edə bilərsiniz.

3. GBWhatsApp vasitəsilə mesaj yazarkən ekranın yuxarı hissəsində görünən "yazır" sözünü gizlətmək mümkündür.

4. GBWhatsApp vasitəsilə gün boyu statusunuz "online" görünə bilər, lakin bu funksiyadan istifadə telefonun daha çox enerji xərcləməsinə gətirib çıxaracaq.

5. Standart WhatsApp mesajlarını kilidə qoymaq üçün əlavə proqram yükləmək lazım gəlir, lakin GBWhatsApp tətbiqetməsi bu xüsusiyyətə sahibdir və mesajlarınızı asanlıqla qıfıla qoya bilərsiniz.
Geri qayıt