“WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” daha bir yeniliyə imza atır.

“WhatsApp” bu dəfə “təsdiqli profil” yenilənməsini test edir.

Belə ki, “Facebook”, “Twitter” və “İnstagram”da olan təsdiqlənmiş profil özəlliyi artıq “WhatsApp”da da istifadə olunacaq.

Müəssisələrarası mesajlaşmalar üçün aktiv ediləcək yenilik hazırda “WhatsApp”ın beta testlərindən keçir. Sistem aktiv ediləndən sonra istifadəçilər əlaqə yaratmaq istədikləri müəssisələrin təsdiq edilmiş profillərinə yazacaq.
Geri qayıt