60-dan çox döyüş mövqeyi ordumuzun nəzarətinə keçib - RƏSMİ
- 19-09-2023, 22:15
- 5 413
Bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov söyləyib.
O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.