“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib
- 20-06-2017, 12:29
- 59 198
“ICTnews” a istinadən xəbər veririk ki, bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.
Həmçinin messencerin “Android” versiyasında açar sözlər üzrə stiker və “Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, sözügedən funksiya “iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş “rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.