INSTAGRAM-DA AZƏRBAYCAN ÜÇÜN GÖZLƏNİLƏN XÜSUSİYYƏT AKTİV OLDU!

Texnologiya

Bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi
Artıq bir müddətdir Instagramda canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi.

Bugündən etibarən Azərbaycanlı istifadəçilər də Instagramda canlı yayımlar verə biləcəklər. Bunun üçün istifadəçilər ən son Instagram yenilənməsini yükləməli və stories bölməsindən canlı yayım verməlidirlər.