"YouTube"-dan daha bir yenilik
- 20-01-2017, 23:57
- 2 023
“Google” şirkəti “YouTube” videohostinqinə messencer funksiyası əlavə etməklə istifadəçilərin müzakirəni “Facebook”da deyil, onun platformasında aparmasını planlaşdırırlar. Yeni platformanın imkanları çarxlara şərh yazılması ilə məhdudlaşmır: həmsöhbətlər bir-birinə mətn mesajları göndərə bilərlər.
Yeni funksiya həm “Android”, həm də “iOS” qurğularda əlçatandır. Kanada Şimali Amerikanın internet bazarına oxşarlığına görə sınaq meydançası qismində seçilib.