Whatsapp istifadəçiləri üçün daha bir yenilik
- 24-07-2020, 16:21
- 4 088
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Tətbiq interfeysində yeni bir “Linked Devices” (“Bağlı Cihazlar”) adlı element görünəcək. Profilə digər smartfon və ya kompüterlər qoşula biləcək.
Ümumilikdə eyni “WhatsApp” hesabı dörd cihazda istifadə oluna biləcək.
Qeyd edək ki, tərtibatçılar axtarış funksiyasını da təkmilləşdirirlər. Bir mesaj axtardığınız zaman onun növünü (fotoşəkillər, videolar, bağlantılar, GIF-lər, audio və sənədlər) süzgəcdən keçirə biləcəksiniz. Hər iki funksiya hazırda inkişaf mərhələsindədir.