“Instagram”a yeni funksiya əlavə olundu
- 11-12-2018, 13:32
- 4 147
Bu haqda məlumat servisin rəsmi “Twitter” hesabında paylaşılıb.
“Bu gündən başlayaraq siz “Direct”də (“Instagram” istifadəçiləri arasında ani məlumat mübadiləsi üçün istifadə olan daxili servis) səsli ismarıclar göndərə biləcəksiniz”, - deyə məlumatda qeyd olunur.
Səsli ismarıcı göndərmək üçün “Direct”də mikrofon şəkli olan düyməni sıxıb saxlamaq və ismarıcı səsləndirmək lazımdır. Audiomesajın icazə verilən maksimal uzunluğu bir dəqiqə təşkil edir.