Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir
- 17-01-2018, 15:43
- 3 459
Bu barədə şirkətin apardığı araşdırmada deyilir.
“Skygofree” virusu iri mobil operatorların saxta saytları vasitəsilə yayılır. Belə saytlarda istifadəçilərə yalandan “interneti sürətləndirən” utilitli proqram yükləmək təklif olunur.
“Skygofree” – bizim indiyə kimi bu platforma üçün üzləşdiyimiz ən güclü casus aləti sayılır”, –deyə analitiklər qeyd edir.
Ekspertlərin yazdığına görə, casus-proqram telefon danışıqlarını qeydə ala, SMS-ləri və “WhatsApp” yazışmaları, GPS və şəxsi təqvim tətbiqində məlumatlarını oğurlaya bilir. Bundan başqa, mobil telefon açıq olduqda ətrafda olan səsləri yaza bilir. Virusun vasitəsilə kibercinayətkarlar mobil telefonun qoşulduğu Wi-Fi sisteminə müdaxilə edə bilir.
Araşdırmay görə, “Skygofree” 2015-ci ildən etibarən geniş yayılıb. “Kasperski Laboratoriyası”nın məlumatlarına görə, sonuncu dəfə onun yayılmasına xidmət edən domen ötən ilin oktyabr ayının 31-də qeydə alınıb. Həmin vaxt virusdan başlıca olaraq İtaliyada olan mobil qurğu istifadəçiləri əziyyət çəkib. Ekspertlər virusu hazırlayan virtual-dələduzların məhz İtaliyada olduğuna əmindir.