"Instagram" öz messencerini sınaqdan keçirir

Texnologiya

"Instagram" sosial şəbəkəsi ayrıca "Direct messenger"ini sınaqdan keçirməyə başlayıb.

Bu barədə "The Verge"yə istinadən xəbər verir.

Messencer əlavəsi test rejimindədir və ondan İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Çili və Uruqvayın iOS və Android istifadəçiləri yararlana bilirlər.

Messencerin qlobal istifadəyə veriləcəyi tarix açıqlanmır.