“Facebook” yeni funksiyasını test edir
- 29-11-2017, 15:48
- 2 714
Əgər sistem nəyinsə qaydasında olmadığından şübhələnsə, istifadəçidən öz şəxsiyyətini təsdiqləmək üçün selfi çəkib göndərməsini xahiş edəcək.
Beləliklə, həmin səhifədən istifadə edən şəxsin həqiqi və ya saxta olduğu müəyyənləşdiriləcək. Selfini aldıqdan sonra “Facebook” səhifəni müvəqqəti donduracaq və yeni fotonun profil fotosu ilə müqayisəsini aparacaq.
Yeni funksiya istifadəçilərin səhifələrinin oğurlanması hallarının qarşısını almaq üçün yaradılır.