“Facebook Messenger”də – YENİLİK
- 8-11-2017, 14:50
- 65 100
xalqxeber.az ICTnews-a istinadən xəbər verir ki, sosial şəbəkə artıq “Customer Chat Plugin” funksiyasının qapalı beta testinə başlayıb. Hazırda sınaq proqramında 12 şirkət iştirak edir, eyni zamanda digər tərtibatçılar üçün virtual növbəyə yazılmağa imkan yaradılıb.
Məlumata görə, kross platformalılığı nəzərdə tutan funksiya internet saytından smartfon və ya planşetdəki adi “Messenger” əlavəsinə keçid alan zaman söhbətin tarixçəsinin və kontekstinin silinməsinə imkan vermir.
“Customer Chat Plugin”, həmçinin “Messenger” platformasının bütün mövcud imkanlarını, o cümlədən ödənişləri, müxtəlif kontentlə işi və s. dəstəkləyir.