Premyer Liqa: "Qarabağ" "Sabah"ın qonağı olacaq
![Premyer Liqa: "Qarabağ" "Sabah"ın qonağı olacaq](https://www.xeberler.org/uploads/posts/2023-11/medium/1700802953_924e3c39-1f85-3073-9615-e451b92555ad_850jpg-1700802532.jpg)
Günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.
“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.
Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.
Azərbaycan Premyer Liqası
XIV tur
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.