“Bayer”dən “Qarabağ” PAYLAŞIMI

Leverkuzen təmsilçisi “Instagram” səhifəsində komandanın sabiq qolkiperi, hazırda isə Ağdam klubunda çıxış edən Andrey Lunyovun fotosunu paylaşıb.
Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub.
Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib.
Xatırladaq ki, “Bayer” - “Qarabağ” matçı oktyabrın 26-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
