“Qarabağ” üçün ilk sınaq

“Qarabağ” üçün ilk sınaq Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Mərhələyə “Qarabağ” – “Samtredia” oyunu ilə start veriləcək.

“Qarabağ” gürcü rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Matçı türkiyəli hakim Mete Kalkavan idarə edəcək.

Qeyd edək ki, klubun mətbuat xidməti ötən gün 10 min biletin satıldığını açıqlamışdı.

“Qarabağ” – “Samtredia” qarşılaşması saat 21.00-da baş tutacaq.

Geri qayıt