“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarılıb

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VIP biletlərin qiyməti isə 200 manatdır.
Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.