ABŞ təmsilçisi Şon Striklend orta çəkidə yeni UFC çempionu olub

Məlumata görə, qarşılaşmanın bütün beş raundunun yekununda Striklend yekdil qərarla mükafatlandırılıb. Döyüş Sidneydə keçirilən UFC-293-ün əsas hadisəsi olub.
Nəticədə titulun əvvəlki sahibi Adesanya kəmərdən məhrum olub, Striklend orta çəkidə yeni UFC çempionu olub. 32 yaşlı döyüşçünün karyerasında beş məğlubiyyəti, 28 qələbəsi var.