Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim”

Bunu “Report”a açıqlamasında Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazanan yeniyetmə cüdoçu Vüsalə Hacıyeva deyib.
Onun sözlərinə görə, yarışda rəqiblərini asanlıqla məğlub edib: “Yarımfinal görüşündə nisbətən güclü rəqiblə qarşılaşdım. Lakin ona da qalib gəldim”.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında 9 medal qazanıblar.