“İnter” 13 ildən sonra Çempionlar Liqasının finalında

Cavab oyununda "İnter" rəqibinə 1:0 hesabı ilə qalib gəlib. 74-cü dəqiqədə Lautaro Martinez fərqlənib
Hər iki komanda Milan şəhərini təmsil edir və ev oyunlarını eyni stadionda - "San Siro"da keçirir. Bu dəfə nominal meydan sahibi "İnter" oldu. Həmin arenada keçirilən ilk görüşdə "İnter" 2:0 hesabı ilə qalib gəlib.