Meksikada futbolçular meydançada GÜLLƏLƏNDİ

Meksikada futbolçular meydançada GÜLLƏLƏNDİ Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı hücum olub. 

Polis rəisi Alejandro Rosales ştatın Atotonilko de Tula şəhərində futbol meydançasında silahlı hücumun baş verdiyini açıqlayıb. O,  insident nəticəsində 3-ü 18 yaşdan kiçik 6 nəfərin öldüyünü bildirib. 

Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində baş verdiyini bildiriblər.  
Geri qayıt