İrəvanda Avropa çempionu olan türkiyəli atletlər Bakıya gəlir

Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.
Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Türkiyəlilərin qarşılanma mərasimi təşkil olunacaq.
Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.