Dünya çempionu təcavüzdə günahlandırılır

Dünya çempionu təcavüzdə günahlandırılır Argentina millisinin və "Sevilya"nın müdafiəçisi Qonzalo Montiel cinsi təcavüzdə günahlandırılır.

Xalqxeber.az “Marca”ya istinadən xəbər verir ki, iddia edilən hadisə 2019-cu il yanvarın 1-də Argentinanın La Matanza şəhərində futbolçunun ad günündə baş verib və bir qrup şəxs tərəfindən törədilən cinsi təcavüz kimi qiymətləndirilir.

Zərərçəkmişin vəkilinin sözlərinə görə, o, hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqdan sonra futbolçunun ətrafı tərəfindən hədələr alıb.

Montiel Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində qızıl medala sahib çıxıb. 

Geri qayıt