“Qarabağ” avrokuboka vəsiqəni təmin EDİB

“Qarabağ” avrokuboka vəsiqəni təmin EDİB  
Misli Premyer Liqasında mükafatçılardan biri bəlli olub.

“Qarabağ” ilk “üçlük”dəki yerini təmin edib.

Bu, XXVI turun ikinci oyun günündə dəqiqləşib. Qurban Qurbanovun yetirmələri “Səbail”i 3:0 hesabı ilə darmadağın edib.

Bununla da ağdamlılar xal hesabını 68-ə çatdırıb. Çempionatın lideri 4-cü pillədəki “Zirə”dən 31 xal öndədir. Mövsümün sonuna 10 tur qaldığından “Qarabağ” 4-cü və daha aşağı pillələrdəki komandalar üçün əlçatmaz olub.

Nəticədə Ağdam klubunun ilk “üçlük”də yer alacağı dəqiqləşib. “Qarabağ” medallardan birini və avrokuboklara vəsiqəni də təmin edib.
Geri qayıt