Mbappe PSJ-nin tarixinə keçdi

Mbappe PSJ-nin tarixinə keçdi  
PSJ-nin hücumçusu Kilian Mbappe klub tarixinin ən yaxşı bombardiri olub.

24 yaşlı hücumçu ötən gecə Fransa Liqasında “Nant”la oyunda (4:2) vurduğu qolla buna nail olub. Bu, onun klubdakı 201-ci qolu olub. O, 247-ci matçında bu göstəriciyə çatıb.

Beləliklə, Mbappe komandanın heyətində 200 qol vuran əvvəlki bombardir Edinson Kavanini keçib.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 30 qol vurub və 8 qol ötürməsi verib.
Geri qayıt