Kafedə dava edənlər əsas liqanın basketbolçuları imiş - Fotolar

Kafedə dava edənlər əsas liqanın basketbolçuları imiş - Fotolar Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda kafedə nigeriyalı futbolçular və ABŞ-li basketbolçular arasında dava düşüb.

Futbolçular peşəkar olmasa da, adıçəkilən basketbolçular Azərbaycanın əsas liqa klublarından olan NTD-nin üzvləridir.

Keçən il ölkəmizə gələn Kinq Londeil Almarin və Brayson Robinson Maurisio  Azərbaycan Basketbol Liqasında çıxış edirlər.
Kafedə dava edənlər əsas liqanın basketbolçuları imiş - Fotolar

Kinq Almarin NTD klubunun əsas və aparıcı üzvlərindən sayılır.

Xatırladaq ki, onlar “Boom pub ws grill” kafesindən çıxarkən davaya qarışıb və K.Almarin xəstəxanaya aparılıb.
Geri qayıt