Daha 3 voleybolçu zəlzələnin qurbanı oldu

Daha 3 voleybolçu zəlzələnin qurbanı oldu Türkiyədə fevralın 6-sı baş verən zəlzələdə Malatya BBSK-nın voleybolçuları Rəsul Gün, Görkem Can Gündüz və Tunahan Yıldız  həlak olublar. 
Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb. 
"Malatya BBSK oyunçuları Resul Gün, Görkem Can Gündüz və Tunahan Yıldızın ölkəmizdə baş verən zəlzələdə həyatını itirdiyini dərin hüznlə öyrəndik. Allah rəhmət eləsin. İdmançılara və həyatını itirən bütün vətəndaşlarımıza, ailələrimizə və millətimizə başsağlığı verir, yaralılara şəfa diləyirik", -  deyə TVF-nin məlumatında qeyd olunub. 

Geri qayıt