Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq  Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında oynanılacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. “Azersun Arena”dakı ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüş saat 19:00-da start götürəcək. “ASK Arena”dakı ilk qarşılaşmada “dənizçilər” 3:2 hesablı qələbə qazanıblar.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
19 dekabr

16:00. “Qəbələ” - “Qarabağ”
İlk oyun - 2:2
Qəbələ şəhər stadionu

19:00. “Sabah” - “Səbail”
İlk oyun - 2:3
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
Geri qayıt