UEFA “Qarabağ”a bir milyon avrodan çox ödəniş edib

UEFA “Qarabağ”a bir milyon avrodan çox ödəniş edib  
UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, “Köhlən atlar”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) Avropa futbol qurumu tərəfindən ayrılmış 1 294 000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


Geri qayıt