Atletlərimiz dünya çempionatına yollanır

Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Onların siyahısı aşağıdakı kimidir:
Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).