İranda zəlzələ baş verdi

İranda zəlzələ baş verdi  
İranda 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən məlumat verilib.

Yeraltı təkanların episentri Kirman vilayətinin Ravər şəhərindən 55 km məsafədə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
Geri qayıt