Şəhid Xəyal “Qarabağ” azarkeşi imiş - Foto

Şəhid Xəyal “Qarabağ” azarkeşi imiş - Foto  Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əhədzadə “Qarabağ”ın azarkeşi olub.

Bu barədə Ağdam təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb.

X.Əhədzadənin stadiondakı şəklini paylaşayan klub “Şəhid Xəyal Əhədzadə. Ruhun şad olsun, Şəhidim” sözlərini yazıb.

Qeyd edək ki, X.Əhədzadə boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub.

Şəhid Xəyal “Qarabağ” azarkeşi imiş - Foto
Geri qayıt