Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıblar

Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıblar  
Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıblar.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Hikmət Qafarlı 24-29 avqustda İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23-28 avqustda Türkiyədə gerçəkləşəcək.
Geri qayıt