Bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçiriləcək

“Xalqxeber.az” xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (EGU) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Avropa çempionatı 2023-cü il 17-21 may Bakıda təşkil olunacaq.
Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.