“Qarabağ” Bakıda “Lex”lə cavab oyununa çıxır

“Qarabağ” Bakıda “Lex”lə cavab oyununa çıxır

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ” cavab görüşünə çıxacaq.

Xalqxeber.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək. Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.

Cütün qalibi ÇL-də mübarizəni ikinci təsnifat mərhələsinə adlamaqla davam etdirəcək. Rəqib İsveçrə çempionu “Sürix” olacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.

Geri qayıt