Abşeron idmançıları beynəlxalq yarışlarda uğurlar qazanıb
Abşeron idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi uğurlar davam edir. Bu barədə məlumat verən Rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev bildirib ki, İspaniyanın Valensiya şəhərində keçirilən İFK Kyokushin Karate üzrə gənclər arasında dünya çempionatında iştirak edən rayonumuzun “Oyama” İdman Klubunun yetirməsi Nahid Ramazanzadə 70 kq çəki dərəcəsində çıxış edərək dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, çempionatda 50 ölkədən 800 idmançı iştirak edib.
Rayonumuzun adına növbəti uğuru isə cüdoçumuz qazanıb. Belə ki, Yunanıstanın Heraklion şəhərində keçirilən Usta cüdoçular arasında Avropa çempionatında 73 kq çəki dərəcəsində çıxış edən Abşeron rayonun Novxanı kəndindən olan Vüqar Babayev fəxri kürsünün 2-ci pilləsinə qalxaraq çempionatın gümüş medalını qazanıb.
O, həmçinin dünya çempionatının bürünc mükafatçısıdır.
Beynəlxalq yarılşlarda ölkəmizi və rayonumuzu layiqincə təmsil edən idmançıları və onların məşqçilərini təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq.
Geri qayıtQeyd edək ki, çempionatda 50 ölkədən 800 idmançı iştirak edib.