Parakarateçimiz Avropa çempionu oldu

Parakarateçimiz Avropa çempionu oldu Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir. 

Parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Emiliya Mitilinova qızıl medala layiq görülüb.

Eyni yarışda kişilər arasında Nihat Məmmədzadə ikinci yeri tutub. 
Komanda hesabında da yığma komandalarımız mükafatçılar sırasında yer alıblar.

Kumite yarışlarının finalına yüksələn idmançılarımız Avropa ikincisi olublar, kata yarışında isə karateçilərimiz bürünc medala layiq görülüblər.
Geri qayıt