Emre Belözoğlundan Mahir Emreli AÇIQLAMASI

Emre Belözoğlundan Mahir Emreli AÇIQLAMASI “Mahir Emreli maraqlandığımız futbolçulardan biridir”.

Bunu Türkiyənin “Başakşehir” klubunun baş məşqçisi Emre Belözoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Onun transferi ilə klubun vitse-prezidenti Mustafa Eröğüt məşğul olur”, - o qeyd edib.

E.Belözoğlu Mahir Emrelinin “Legiya”da yaşadığı xoşagəlməz vəziyyəti də xatırladıb.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.

Geri qayıt