Bu da Azad Rəhimovun yanlışı... - VİDEO

Bu da Azad Rəhimovun yanlışı... - VİDEO Dünən qızlardan ibarət voleybol yığmamız İslamiadada Türkiyə millisi ilə keçirilən gərgin görüşdən sonra 3-1 hesabı ilə qələbə çalaraq bayrağımızı qaldırdı. Məlumata görə, qarşılaşmadan sonra keçirilən təltif mərasimində Azərbaycan yığmasına qızıl, Türkiyə yığmasına gümüş, Qırğızıstan millisinə isə bürün medallar təqdim edildi.

Bayrağımız qaldırılarkən səsləndirilən dövlət himnini vileybolçu qızlarımızın oxuması isə başqa bir qürur hissi idi. Qızlarla bərabər Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov də əlini ürəyinin üstünə qoyaraq himnimizi oxudu. Amma həmin səhnədə diqqət çəkən bir məqam var idi: Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov yanında dayanmış ərəb kimi eləcə baxırdı. Eləcə də baxdı, himn bitənə kimi. Amma insaf naminə bildirək ki, himn bitəndən sonra əl çaldı.

Cənab nazir, himn bitəndən sonra əl çalmağı yanınızda dayanmış ərəb də bacarırdı, amma o da himni bilmədiyi üçün.

FaktXəbər
Geri qayıt