Karateçimiz ikinci dəfə dünya çempionu olub

68 kq çəki dərəcəsində çıxış edən karateçimiz həlledici görüşdə italiyalı Silvia Semeraro ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan Zaretska karyerasından 2-ci dəfə dünya çempionu adını qazanıb.
Kişilərdən ibarət yığmamızın üzvü Asiman Qurbanlı isə Dünya çempionatının bürünc medalına sahib olub. O, Çilidən olan rəqibinə 5:2 hesabı ilə qalib gəlib.