Millimiz Finlandiyaya qarşı

Millimiz Finlandiyaya qarşı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

 Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Finlandiyadan olan həmyaşıdları ilə qarşılaşacaq. Sumqayıt şəhər stadionunda keçiriləcək matça saat 20:30-da start veriləcək.

Azərbaycan yığması Avropa çempionatının A qrupunda Norveç, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya ilə mübarizə aparır. Obradoviçin rəhbərlik etdiyi komanda 2 oyundan sonra 0 xalla sonuncudur.

AÇ-nin seçmə mərhələsi

8 oktyabr

20:30. Azərbaycan - Finlandiya

Baş hakim: Viktor Şimuşik (Belarus).


Geri qayıt