Bayraqdarımız finalda

Bayraqdarımız finalda Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Azərbaycanın məşhur karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Məlumata görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz 3:0 hesabı ilə qalib gəlib.

Rafael 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani də 7:2 hesabı ilə udub.

O, yarımfinalda malayziyalı karateçini tam üstünlüklə məğlub edib - 5:0.

Xatırladaq ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.
Geri qayıt