Güləş federasiyasından biabırçı qərar - FOTOLAR

Güləş federasiyasından biabırçı qərar - FOTOLAR Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb.
 “Qafqazinfo”ya istinadən xəbər veririk ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.  
Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib. 
Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. 
Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.








Geri qayıt